Anar Talıbov “Qala Həyat Sığorta”ya sədr gələndən sonra ...
Yurd.Medianın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Qala Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbovdur.
Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
A.Talıbova gəlincə isə, o, səhmlərinin 50%-i “AzRe Təkrarsığorta” ASC-yə məxsus Azərbaycan sığortaçısına 2020-ci ilin avqust ayından rəhbərlik edir, sığorta sektorunda azı 20 illik iş təcrübəsinə malikdir, indiki iş yerindən əvvəl uzun illər “Azsığorta” ASC-yə rəhbərlik edib.
A.Talıbovun dövründə “Qala Həyat Sığorta”nın aktivləri ümumilikdə təxminən 23% artıb. Əgər 2019-cu ilin yekununda şirkət 35,9 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2020-ci ilin yekununda 38,9 milyon manat, 2021-ci ilin yekununda 45,6 milyon manat, 2022-23-cü illərin yekununda 43,2 milyon manat, 2024-cü ilin yekununda isə 44,2 milyon manat təşkil edib.
Bu illər ərzində “Qala Həyat Sığorta”nın xalis mənfəəti əsasən artıb. Belə ki, şirkət 2019-cu ildə 2,6 milyon manat, 2020-ci ildə 2,2 milyon manat, 2021-ci ildə 4,7 milyon manat, 2022-ci ildə 7,8 milyon manat, 2023-cü ildə 7,9 milyon manat, 2024-cü ildə isə 8,3 milyon manat mənfəət əldə edib.
“Qala Həyat Sığorta” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.
Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...
- Seymur Əliyev “AtaSığorta”ya sədr gələndən sonra...
- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...
- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...
- Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...
- Roman Vəliyev “Xalq Sığorta”ya sədr gələndən sonra...
- Azər Əliyev “Atəşgah Həyat Sığorta”ya sədr gələndən sonra...
- Fuad Allahverdiyev “Qala Sığorta”ya sədr gələndən sonra...