SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Vüsal Abbasov “AzRe Təkrarsığorta” ASC-yə sədr gələndən sonra ...

Vüsal Abbasov “AzRe Təkrarsığorta” ASC-yə sədr gələndən sonra ...

  • 24 oktyabr 2025, 12:19

Yurd.Medianın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Vüsal Abbasovdur.

Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

V.Abbasova gəlincə isə, o, ölkənin yeganə təkrarsığortaçısına 2019-cu ilin yanvar ayından rəhbərlik edir, sığorta sektorunda 20 illik iş təcrübəsinə malikdir. Bunun 18 ili indiki iş yerinin payına düşüb.

V.Abbasovun dövründə “AzRe Təkrarsığorta”nın aktivləri ümumilikdə təxminən 12% artıb. Əgər 2018-ci ilin yekununda şirkət 147,2 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2019-cu ilin yekununda 156,5 milyon manat, 2020-ci ilin yekununda 181 milyon manat, 2021-ci ilin yekununda 119,9 milyon manat, 2022-ci ilin yekununda 153,6 milyon manat, 2023-cü ilin yekununda 145,8 milyon manat, 2024-cü ilin yekununda isə 165,1 milyon manat təşkil edib.

Bu illər ərzində “AzRe Təkrarsığorta”nın xalis mənfəəti isə həm artıb, həm də azalıb. Belə ki, şirkət 2018-ci ildə 28,5 milyon manat, 2019-cu ildə 29,4 milyon manat, 2020-ci ildə 3,2 milyon manat, 2021-ci ildə 2,4 milyon manat, 2022-ci ildə 22,7 milyon manat, 2023-cü ildə 19,4 milyon manat, 2024-cü ildə isə 24,2 milyon manat mənfəət əldə edib.

“AzRe Təkrarsığorta” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

- Seymur Əliyev “AtaSığorta”ya sədr gələndən sonra...

- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...

- Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...

- Roman Vəliyev “Xalq Sığorta”ya sədr gələndən sonra...

- Azər Əliyev “Atəşgah Həyat Sığorta”ya sədr gələndən sonra...

- Fuad Allahverdiyev “Qala Sığorta”ya sədr gələndən sonra...

- Anar Talıbov “Qala Həyat Sığorta”ya sədr gələndən sonra...

- Niyazi İmanov “İpək Yolu Sığorta”ya sədr gələndən sonra...

- İlkin Mirzəyev “Azərbaycan Sənaye Sığorta”ya sədr gələndən sonra...

- Elnarə Abbasova “Aqrar Sığorta”ya sədr gələndən sonra...

Prime Leasing