SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İlkin Mirzəyev “Azərbaycan Sənaye Sığorta”ya sədr gələndən sonra...

İlkin Mirzəyev “Azərbaycan Sənaye Sığorta”ya sədr gələndən sonra...

  • 22 oktyabr 2025, 16:21

Yurd.Medianın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədri İlkin Mirzəyevdir.

Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

İ.Mirzəyevə gəlincə isə, o, “Azərsun Holdinq” MMC-yə bağlı Azərbaycan sığortaçısına 2024-cü ilin avqust ayından rəhbərlik edir, sığorta sektorunda 12 illik iş təcrübəsinə malikdir. Bunun da 4 ili indiki iş yerinin payına düşüb.

İ.Mirzəyevin dövründə “Azərbaycan Sənaye Sığorta”nın aktivləri 13% artıb. Əgər 2023-cü ilin yekununda şirkət 27,2 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2024-cü ilin yekununda 30,7 milyon manat təşkil edib.

Son 1 ildə “Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti isə 64% azalıb. Belə ki, şirkət 2023-cü ildə 3,6 milyon manat mənfəət əldə etdiyi halda, bu rəqəm 2024-cü ildə 1,3 milyon manat təşkil edib.

“Azərbaycan Sənaye Sığorta” müştərilərinə baş ofisi və 16 nümayəndəliyi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

- Seymur Əliyev “AtaSığorta”ya sədr gələndən sonra...

- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...

- Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...

- Roman Vəliyev “Xalq Sığorta”ya sədr gələndən sonra...

- Azər Əliyev “Atəşgah Həyat Sığorta”ya sədr gələndən sonra...

- Fuad Allahverdiyev “Qala Sığorta”ya sədr gələndən sonra...

- Anar Talıbov “Qala Həyat Sığorta”ya sədr gələndən sonra...

- Niyazi İmanov “İpək Yolu Sığorta”ya sədr gələndən sonra...

Prime Leasing