SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanın yeganə təkrarsığortaçısının sahibləri kimlərdir? - SİYAHI

Azərbaycanın yeganə təkrarsığortaçısının sahibləri kimlərdir? - SİYAHI

  • 22 avqust 2025, 15:26

Azərbaycan Mərkəzi Bankından təkrarsığorta fəaliyyəti üçün lisenziya almış yeganə şirkət - “AzRe Təkrarsığorta” ASC səhmdarlarını açıqlamır.

Şirkətin internet səhifəsində bu barədə məlumat əldə etmək mümkün deyil, Yurd.Media-nın “AzRe Təkrarsığorta”ya ünvanladığı sorğu da cavabsız qalıb.

Qeyd edək ki, yaxın illərə qədər şirkətin saytında səhmlərin 6 fiziki şəxsə məxsus olduğu bildirilir, lakin onların adları açıqlanmırdı.

Bir qədər əvvəl isə “AzReTəkrarsığorta” səhmlərinin 90%-nə nəzarət etdiyi “Qala Həyat Sığorta” ASC-də payını 50%-ə endirib, qalan 40%-lik hissə 6 fiziki şəxsə ötürülüb. İftixar Fərəcov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifov hər biri 7,2%, Vəliəhd Səfərov isə 4% pay əldə edib. Bu faktdan irəli gələrək ehtimal etmək olar ki, bu şəxslər həm də “AzRe Təkrarsığorta”da pay sahibi olan həmin 6 nəfərdir.

Prime Leasing