“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir neçə müştərisinə qarşı iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank bununla bağlı Şuşa Rayon Məhkəməsində iddialar qaldırıb.
Belə ki, bir cavabdehdən 3266 manat əsas borc, 230 manat faiz borcu, 16 manat cərimə olmaqla, cəmi 3512 manat borcun və 55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını istəyib. Bank bu müştəriyə 36 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 4300 manat məbləğində kredit verib.
Bankın Şuşa Rayon Məhkəməsində daha bir müştərisinə qarşı iddiasına görə, müştəridən 607 manat əsas borc, 188 manat faiz borcu, 118 manat cərimə olmaqla, cəmi 913 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. “Unibank” bu müştərisinə də 36 ay müddətinə illik 29,50 faiz ödəmək şərtilə 3400 manat məbləğində kredit veribmiş.
Digər müştəridən isə “Unibank” 2878 manat əsas borc, 251 manat faiz borcu, 52 manat cərimə olmaqla, cəmi 3182 manat borcun və 52 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Şuşa Rayon Məhkəməsinin qərarı ilə bankın hər üç iddia tələbi təmin edilib.
Bundan əlavə bank Şuşa Rayon Məhkəməsində daha bir müştərisinə qarşı iddia qaldıraraq cavabdehdən 137 manat əsas borc, 31 manat faiz borcu, 20 manat cərimə olmaqla, cəmi 188 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını istəyib. Məhkəmə bankın iddia ərizəsini qismən təmin edərək cavabdehdən 175 manat borc və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılıb.
Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir.
Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı və Xəzər rayonlarında, həmçinin Şəmkir və Gədəbəy rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb.