“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) üç müştərisinə qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank kredit müqaviləsi üzrə mübahisələrə dair məsələnin həll olunması ilə bağlı bir müştərisindən 798 manat (657,5 manat əsas, 112,87 manat faiz, 28,24 manat cərimə borcu), ikinci müştərisindən 2810 manat (2498,2 manat əsas, 297 manat faiz, 15 manat cərimə borcu), üçüncü müştərisindən isə 4021 manat (3396 manat əsas, 572 manat faiz, 53,44 manat cərimə) tutulmasını istəyib.
Məhkəmə birinci iş üzrə 785 manat pul borcu və 30 manat ödənilmiş dövlət rüsumu, ikinci iş üzrə 2649 manat pul borcu və 46,48 manat ödənilmiş dövlət rüsumunu “Unibank”-ın xeyrinə tutulması barədə qətnamə çıxarıb, üçüncü iş üzrə iddia tələbini isə tam təmin edib.
Xatırladaq ki, bundan əvvəldə “Unibank” ASC-nin Daşkəsəndəki bir neçə müştərisinə qarşı mülki qaydada məhkəmə iddiası qaldırması barədə xəbər vermişdik.
Qeyd edək ki, ötən il "Unibank"ın vaxtı keçmiş kreditlərinin həcmi 50 milyon manata yaxın olub. Bank bu göstəriciyə görə ölkə bankları arasında ilk onluqdadır.