SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Daha əvvəl cərimələnən marketin 100 min manatdan çox borcu yarandı

Daha əvvəl cərimələnən marketin 100 min manatdan çox borcu yarandı

  • 27 noyabr 2026, 09:31

“Mega Market və Topdan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə borcu yarandı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 114 min manata çatıb.

2024-cü ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 3 min manatdır, direktoru Anar Qəhrəmanovdur.

Qeyd edək ki, “Mega Market və Topdan” MMC ötən il vergi qanunvericiliyinin tələblərini pozduğuna görə maliyyə sanksiyaları ilə üzləşib.

Şirkətə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin çalışdırılmasına görə 4 min manat, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə isə 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Skat.az - Ev və Avtomobil elanları