“Kvantos” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə borcu 2 dəfədən çox artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu bu ayın əvvəlindən 462 min manat artaraq 781 min manata çatıb.
Qeyd edək ki, 2022-ci ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 10 manatdır, direktoru Tapdıq Cəfərovdur.