SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məhkəmə “AZİN Technology” və onun vəzifəli şəxsini CƏRİMƏLƏDİ

Məhkəmə “AZİN Technology” və onun vəzifəli şəxsini CƏRİMƏLƏDİ

  • 25 noyabr 2026, 15:25

“AZİN Technology” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) əmək qanunvericiliyinin tələbləri pozulub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə vətəndaş müraciəti əsasında “AZİN Technology” MMC-də yoxlama aparılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti tərəfindən əldə edilmiş məlumat əsasında “AZİN Technology” MMC-də işçi Aysu Məmmədlinin səhhətinin pozulması faktı araşdırılarkən Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozulması müəyyən edilib. 

Belə ki, işəgötürən tərəfindən Aysu Məmmədlinin istehsalda baş vermiş bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı aşkar edilib. 

Qeyd edilənlər “AZİN Technology” MMC və vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə protokol tərtib edilib. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “AZİN Technology” MMC 5 min manat, MMC-nin vəzifəli şəxsi isə 1500 manat cərimə edilib.

Qeyd edək ki, təhlükəsizlik sistemləri, zəif axın və İT infrastrukturu üzrə ixtisaslaşmış “AZİN Technology” 2008-ci ildən fəaliyyət göstərir, direktoru Feyzulla Babayevdir. Şirkətin hazırda 200 min manat vergi borcu yığılıb.

Skat.az - Ev və Avtomobil elanları