SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“İndustrial Business” nizamnamə kapitalını kəskin azaldır

“İndustrial Business” nizamnamə kapitalını kəskin azaldır

  • 23 noyabr 2026, 19:44

“İndustrial Business” MMC nizamnamə kapitalını 2 dəfə azaldaraq 2 040 manatdan 1 020 manata endirdiyini elan edib. 

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib. 

Elanda deyilir ki, bununla bağlı qərar “İndustrial Business”in təsisçilərinin noyabrın 20-də keçirilmiş ümumi yığıncağında qəbul edilib. Kreditorlar bu elan dərc edildiyi gündən 1 ay müddətində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov küçəsi, ev 41A/57, mənzil 11 ünvanına yazılı şəkildə bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2018-ci ildən ölkə ərazisində elektrik malları və sənaye avadanlıqlarının təchizatı ilə məşğuldur. Şirkətin direktoru Oqtay Əsgərovdur.

Skat.az - Ev və Avtomobil elanları