Dekabrın 21-də, saat 11:00-da “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.
Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 471 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin mülkiyyətindəki əmlak kompleksinin satılması və digər məsələlər daxildir.