SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Messenat Holdinqə daxil olan şirkətin borcu 150 min manatı aşdı

"Messenat Holdinq"ə daxil olan şirkətin borcu 150 min manatı aşdı

  • 24 noyabr 2026, 12:21

“Viləş-A.A.”  Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə borcu artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu bu ay daha 14 min manat artaraq 152,7 min manata çatıb.

2006-cı ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 8 manatdır, direktoru Elvar Xəlilovdur.

“Viləş-A.A.” MMC 2020-ci ildə “Bakı Metropoliteni” QSC-nin mişar daşı satınalması üzrə tenderinin qalibi olub. Şirkətlə 148,7 min manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, “Viləş-A.A.” MMC Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və mişar daşı tullantılarının toplanması, emalı və satışı ilə məşğul olan şirkətdir. Əldə edilən tullantılar təkrar emal edilərək sement istehsalında xammal kimi istifadə olunur. 

“Viləş-A.A.” MMC “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevin rəhbərlik etdiyi “Messenat Holdinq-Şirkətlər Qrupu”na daxil olan müəssisələrdən biridir.

Skat.az - Ev və Avtomobil elanları