SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
ADY, “Azercell”ə xidmət göstərən keytrinq şirkəti 250 min manat borclandı

ADY, “Azercell”ə xidmət göstərən keytrinq şirkəti 250 min manat borclandı

  • 26 noyabr 2026, 12:39

Keytrinq, təmizlik və obyektlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən “Private Facility Management” MMC-nin dövlətə vergi borcu yarandı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 255,4 min manat təşkil edir.

2023-cü ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 10 manatdır, direktoru Cavid İsgəndərovdur.

“Private Facility Management” MMC-nin xidmət göstərdiyi müəssisələr arasında “Azərbaycan Dəmir Yolları” QSC, Sumqayıt Texnologiyalar Parkının rezidentləri, “Baykar Technologies”, “Azercell”, “Aztelekom”, “BakuBus” və “Caspel” şirkətləri də var. 

2026-cı ilin sentyabrında Səbail Rayon Məhkəməsində şirkət və onun rəhbəri barəsində inzibati xəta haqqında işə baxılıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tələb etdiyi sənədlərin vaxtında təqdim edilməməsinə görə müəssisəyə 2 min manat, Cavid İsgəndərova isə 1000 manat inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, “Private Facility Management” MMC Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) də üzvüdür.

Skat.az - Ev və Avtomobil elanları