Avtomobil yağları, akkumulyator və ehtiyat hissələrinin satışı ilə məşğul olan “Nafta Baku” MMC-nin dövlətə borcu artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu bu ay ərzində daha 42 manat artaraq 168 min manat təşkil edir.
2005-ci ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 200 manatdır, direktoru Tahir Qasımovdur.
“Nafta Baku” MMC avtomobil yağları, akkumulyatorlar, filtrlər və avtomobil kimyası məhsullarının satışı ilə məşğuldur. Şirkət beynəlxalq avtomobil məhsulları brendlərinin Azərbaycanda distribütoru kimi fəaliyyət göstərir.