SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış

Xəzər rayonu

Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov rayonu) — Bakı şəhərinin 12 inzibati rayonundan biri. 11 may 2010-cu il tarixli 1009-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə rayon Xəzər rayonu adlandırılmışdır.[3]

Haqqında
Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. İndiki Xəzər rayonunun yaşayış məntəqələri 1921–1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən "Qala-Maştağa inzibati rayonu" nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırkı Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S. Artyom (F. S. Sergeyev) rayonu inzibati vahidliyinə qatılır. 1966-cı ildə "M. Əzizbəyov adına rayon" inzibati ərazi vahidliyi təsis olunur. 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək "Xəzər" adlandırlmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir.

17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır.

Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin izmaladığı 3 fevral 2014-cü il tarixli "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" na əsasən (Pirallahı, Çilov və Neft Daşları) ilə yanaşı Gürgən qəsəbə inzibati ərazi dairəsi də Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

Hazırda 8 yaşayış məntəqəsini (Mərdəkan, Buzovna, Şüvəlan, Binə, Qala, Şağan, Zirə, Türkan) özündə birləşdirən Xəzər rayonunun ərazisi 336,86 km²., əhalisinin sayı isə 167100 nəfərdir.

Rayonda Milli Aviasiya Akademiyası, Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbi, Dendrologiya İnstitutu, 29 tam, 1 orta məktəb, 3 gimnaziya, 6 internat məktəbi, 23 uşaq bağçası, 3 özəl bağça, 2 uşaq sağlamlıq düşərgəsi, "Cırtdan" və Ç. Mustafayev adına düşərgələr, 1 Mədəniyyət sarayı, 8 mədəniyyət evi, 1 klub, 7 ktabxana, 1 Gənclər Evi, 22 istirahət və xatirə parkları, 8 qəsəbə nümayəndəliyi, 8 qəsəbə bələdiyyəsi, fəaliyyət göstərən 25 sənaye müəssisəsi, 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Maliyyə Nazirliyi, Dövlət Xəzinadarlıq Agentliyinin 3 saylı Xəzinədarlıq İdarəsi, "Bakı Telefon Rabitəsi" MMC-nin 5 Saylı Rabitə Xidmətləri Mərkəzi, "Azərpoçt" MMC-nin 4 saylı poçt filialı, "Azərsu" ASC-nin Xəzər rayon Su-Kanal Departamenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 2 saylı DOST mərkəzi, 2 Saylı Ərazi Məşğulluq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Ərazi Şöbəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xəzər rayonu üzrə "KOB Dostu", Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti, "Azərişıq" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Zirə Enerji Təchizatı və Satışı Sahəsi, "Bakı Şəhər İşığı" elektrik şəbəkə müəssisəsi Xəzər texniki istismar rayonu, Dövlət Sığorta Kommersiya Şirkətinin Xəzər rayon filialı, Rayon baytarlıq sahəsi, 22 müalicə-profilaktika müəssisəsi, 2 psixo-nevroloji xidmət müəssisəsi, və s. mövcuddur.

Bundan əlavə rayon ərazisində 18851 məcburi köçkün, 105 şəhid ailəsi, 171 Qarabağ müharibəsi əlili, 5 "20 Yanvar" şəhid ailəsi, 14 "20 Yanvar" əlili, 27 Çernobıl AES əlili, 8 Böyük Vətən Müharibəsi əlili və iştirakçısı, 642 Qarabağ müharibəsi veteranı, 1 Milli qəhrəman vardır.

Coğrafi mövqeyi
Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonu Sabunçu, Suraxanı və Pirallahı rayonları ilə həmsərhəddir.

İqtisadiyyat
Xəzər rayonu Bakı şəhərinin rayonları arasında iqtisadi potensialına, çoxşaxəli iqtisadiyyatına və bir sıra sosial-iqtisadi göstəricilərinə görə seçilir. Burada 1-neft-qazçıxarma idarəsi, 25-ə yaxın iri sənaye müəssisəsi və 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi vardır. Bunlardan "İqlim" Elmi İstehsalat Müəssisəsi, Qala maşınqayırma zavodu, "Göknur" Kabel zavodu, "NB Group" boya zavodu, Şimal DRES, Şüvəlan Şirniyyat Fabriki və digər istehsal müəssisələri fəaliyyət göstərir. Rayonun sosial-iqtisadi həyatında, eləcə də əhalinin məşğulluğu baxımından öncül yeri neft-qaz hasilatı, energetika sahəsi üzrə ixtisaslaşmış müəssisələr və müasir istixana kompleksləri mühüm yer tutur. Dünya standartlarına cavab verən Heydər Əliyev adına Bakı Hava Limanı Xəzər rayonu ərazisində yerləşməsini rayon üçün strateji üstünlüklərdən biri kimi qəbul edilir. Rayon ərazisində 11 bank filialı, 7 mənzil istismar sahəsi, 13 poçt şöbəsi fəaliyyət göstərir.

Təhsil
Xəzər rayonunda 3 ali məktəb , 29 tam, 1 ümumi orta məktəb, 3 gimnaziya, 1 Lisey ,6 internat məktəbi, 2 peşə məktəbi, 2 məktəbdənkənar uşaq müəssisəsi, 23 dövlət, 2 özəl bağça fəaliyyət göstərir.

Mədəniyyət
Rayonda 1 Mədəniyyət Sarayı, 8 mədəniyyət evi və 1 klub, 3 musiqi məktəbi, 7 kitabxana, 4 muzey, (Qala Dövlət Tarixi Etnoqrafiya Arxitektura Muzeyi və S. Yeseninin muzeyi, Murtuza Muxtarovun ev Muzeyi, Hacı Zeynalabdin Tağıyevin ev Muzeyi), əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədilə müasir tələblərə cavab verən 16 istirahət parkı və 6 xatirə parkı mövcuddur.

Səhiyyə
Rayonda 4 birləşmiş şəhər xəstəxanası, 2 vərəm xəstəxanası və 1 dispanser, 3 uşaq və yeniyetmələr üçün vərəm əleyhinə sanatoriya, 2 uşaq sanatoriyası, 1 şəhər poliklinikası, 1 Müalicə Diaqnostika mərkəzi, 1 Uşaq reabilitasiya xəstəxanası, 1 Səhiyyə Nazirliyinin Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzi, 1 özəl klinika və 4 özəl müalicə diaqnostika mərkəzi, 2 müharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 3 kurort-müalicə sanatoriyası və 2 psixo-nevroloji Sosial Müalicə müəssisəsi, 1 stomatoloji poliklinika fəaliyyət göstərir.

İdman
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da Gənclər və İdman İdarəsi fəaliyyət göstərir. Xəzər rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Qanunvericiliyini, eyni zamanda Gənclər və İdman siyasəti üzrə qəbul edilən dövlət proqramları və tədbirlər planını rəhbər tutaraq, müxtəlif tədbirlər planı hazırlayır və onları həyata keçir. Xəzər rayonunda Gənclər və İdman İdarəsinin təşkil etdiyi idman tədbirlərinin keçirilməsi üçün rayonda müasir tələblərə cavab verən idman kompleksləri yaradılmışdır. Belə ki, rayonda 1 Olimpiya kompleksi, 7 böyük stadion, 4 məhəllələrarası stadion, 25 Ali və orta məktəblərin ərazisində olan stadion, 10 idman klubu, 371 idman bölməsi, 1 "Atçılıq" klubu (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 4 üzgüçülük hovuzu, 1 Ağır Atletika Akademiyası, 2 idman zalı (Binə və Buzovna qəsəbəsində), 1 Tədris İdman Bazası (Buzovna qəsəbəsi), 1 idman kompleksi (Zirə qəsəbəsində) fəaliyyət göstərir.

Turizm
Azərbaycanın turizm üzrə ixtisaslaşmış rayonları ilə yanaşı son illərdə rayonumuzda da turizm sahəsinin inkişafı üçün əməli addımlar atılmışdır. Tikilən hotellər, restoranlar, yolların müasir standarlara uyğun qurulması, infrastrukturun yaxşılaşdırılması, xidmət vərdişlərinə yiyələnmək, qədim tarixi abidələr, ən əsası təbiətin möhtəşəmliyi insanların Xəzər rayonuna gəlməsinə imkan yaradır.

Rayonun Qala qəsəbəsində "Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi", Zirə qəsəbəsində "Zirə Mədəniyyət Mərkəzi və Eko-Park" , Mərdəkan qəsəbəsində "Dalga Beach Aquapark Resort", "Xəzər Golden" Beach, "Your Şanı" Hotel and Villas, "Karvan" , "Çahargah" , "Maqnium a-Dellmar", Buzovna qəsəbəsində "Retro" , Xəzər İnci" kimi otellər və istirahət mərkəzləri fəaliyyət göstərir. Bundan əlavə rayonda "Qaranquş" (uroloji), "Abşeron" (qastroenteroloji) və "Günəşli" (nevroloji) kimi məşhur sanatoriyalar da mövcuddur.

Bakıda yeni tikililərin rayonlar üzrə qiymət artımı -  İNFOQRAFİKA
Bakı
08.09.2025 11:46
Bakıda yeni tikililərin rayonlar üzrə qiymət artımı - İNFOQRAFİKA
Yeni ictimai çimərliklərdə yay turizm mövsümünün ilkin nəticələri açıqlanıb
Turizm
30.08.2025 15:18
Yeni ictimai çimərliklərdə yay turizm mövsümünün ilkin nəticələri açıqlanıb
Xəzər rayonunda qanunsuz tikili sökülüb - VİDEO
Bakı
23.08.2025 14:37
Xəzər rayonunda qanunsuz tikili sökülüb - VİDEO
Buzovnada dənizdə batan şəxsin meyiti tapıldı
Bakı
21.08.2025 19:43
Buzovnada dənizdə batan şəxsin meyiti tapıldı
Paytaxtda 35 min manat dəyərində günəş panellərini oğurlayan şəxs saxlanıldı
Hadisə
20.08.2025 12:53
Paytaxtda 35 min manat dəyərində günəş panellərini oğurlayan şəxs saxlanıldı
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb - FOTO
Ölkə
19.08.2025 10:59
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb - FOTO
Bakıda dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd edənlər SAXLANILDILAR
Kriminal
18.08.2025 13:43
Bakıda dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd edənlər SAXLANILDILAR
Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaq
Bakı
14.08.2025 08:34
Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaq
Binədə tullantı sularını nəzarətsiz axıdan fabrik aşkarlanıb
Bakı
07.08.2025 19:33
Binədə tullantı sularını nəzarətsiz axıdan fabrik aşkarlanıb
Bakıda ağır QƏZA: Ölən və xəsarət alanlar var
Hadisə
06.08.2025 22:01
Bakıda ağır QƏZA: Ölən və xəsarət alanlar var
12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən İlqar Mustafayevin mülklərinin siyahısı
Ölkə
06.08.2025 12:16
12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən İlqar Mustafayevin mülklərinin siyahısı
Bakıda 1 həftədir itkin kimi axtarılan qadın evdən könüllü getdiyini bildirib - FOTO
Ölkə
03.08.2025 22:06
Bakıda 1 həftədir itkin kimi axtarılan qadın evdən könüllü getdiyini bildirib - FOTO
Paytaxt və bölgə əhalisi fövqəladə hallarla bağlı maarifləndirilib
Sosial
02.08.2025 22:51
Paytaxt və bölgə əhalisi fövqəladə hallarla bağlı maarifləndirilib
Xəzər rayonunda avtomobil yeniyetməni vurararaq öldürüb
Bakı
02.08.2025 13:57
Xəzər rayonunda avtomobil yeniyetməni vurararaq öldürüb
Bakıda obyektdə heyvanların qanunsuz saxlanılması aşkarlandı - FOTO
Ölkə
29.07.2025 17:09
Bakıda obyektdə heyvanların qanunsuz saxlanılması aşkarlandı - FOTO
Buzovnada dənizdə batan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB
Bakı
23.07.2025 22:57
Buzovnada dənizdə batan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB
Mərdəkanda dənizdə bir nəfər batıb
Hadisə
22.07.2025 17:23
Mərdəkanda dənizdə bir nəfər batıb
Buzovna-Mərdəkan yolunda QƏZA: Tıxac yarandı
Bakı
20.07.2025 20:21
Buzovna-Mərdəkan yolunda QƏZA: Tıxac yarandı
Zuğulba şosesində avtomobil yanıb
Ölkə
19.07.2025 22:22
Zuğulba şosesində avtomobil yanıb
Şüvəlanda dənizdə batan uşağın meyiti tapılıb - YENİLƏNİB
Bakı
18.07.2025 09:10
Şüvəlanda dənizdə batan uşağın meyiti tapılıb - YENİLƏNİB
Xəzərdə batma təhlükəsi ilə üzləşən 2 yeniyetmə xilas olundu
Bakı
17.07.2025 19:58
Xəzərdə batma təhlükəsi ilə üzləşən 2 yeniyetmə xilas olundu
Xətai və Xəzərdə oğurluq edən şəxslər saxlanıldılar
Hadisə
14.07.2025 14:08
Xətai və Xəzərdə oğurluq edən şəxslər saxlanıldılar
Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılacaq
Mədəniyyət
08.07.2025 10:11
Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılacaq
Bakıda çirkab suları dənizə axıdılır - VİDEO
Bakı
07.07.2025 19:37
Bakıda çirkab suları dənizə axıdılır - VİDEO
Bakıda kanaldan meyit tapıldı
Bakı
07.07.2025 16:16
Bakıda kanaldan meyit tapıldı
Aşurada bu məscidlərdə qanvermə aksiyası keçiriləcək - SİYAHI
Ölkə
02.07.2025 16:51
Aşurada bu məscidlərdə qanvermə aksiyası keçiriləcək - SİYAHI
Binədə açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNDİ
Bakı
20.06.2025 15:57
Binədə açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNDİ