Bakının Xəzər rayonunda ev sahibinin mənzildə olmamasından istifadə edərək oradan 10 min manat oğurlayan işçi saxlanılıb.
Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin yanında işləyib və ev sahibinin mənzildə olmadığı müddətdə qeyd edilən əməli törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.