SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Binədə AZAL-ın istifadəsiz beton dirəyi sakinlər üçün təhlükəyə çevrilib

Binədə AZAL-ın istifadəsiz beton dirəyi sakinlər üçün təhlükəyə çevrilib

Bakının Xəzər rayonunun Binə qəsəbəsində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olduğu bildirilən köhnə beton dirəklərdən biri sakinlər üçün təhlükəyə çevrilib.

Yurd.Media-nın redaksiyasına müraciət edən vətəndaşın sözlərinə görə, 136-cı Bina küçəsində yerləşən ərazidə əvvəllər AZAL-ın Maddi-Təminat İdarəsinə məxsus olduğu bildirilən beton dirəklərdən biri uzun müddətdir baxımsız vəziyyətdədir.

Müraciətdə qeyd olunur ki, beton dirək zamanla köhnəlib və texniki baxımdan yararsız vəziyyətə düşüb. Dirəklərdən birinin isə sakinin həyətinə düşdüyü bildirilir.

Vətəndaş hesab edir ki, köhnəlmiş konstruksiyanın bu vəziyyətdə qalması ərazidə yaşayan insanlar, xüsusilə də həyətdə olan şəxslər üçün potensial təhlükə yaradır.

Hazırda dirəyin hansı məqsədlə istifadə edilməsi də aydın deyil. Belə ki, ərazidəki beton dirəyin hər hansı kommunikasiya və ya digər infrastruktur üçün hələ də istifadə edilib-edilmədiyi barədə sakinə məlumat verilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları