SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Dövlət sektorunda çalışanların maaşları ARTACAQ – VİDEO

Dövlət sektorunda çalışanların maaşları ARTACAQ – VİDEO

  • 06 oktyabr 2026, 00:39

Minimum əməkhaqqındakı artımın dövlət sektorunda çalışanların maaşlarına necə təsir edəcəyi ilə bağlı yeni açıqlama verilib.

Yurd.Media xəbər verir ki, minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Deputat Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları da Prezident sərəncamına uyğunlaşdırılacaq və artırılacaq.

Millət vəkili qeyd edib ki, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu 1,1 milyon vətəndaşı əhatə edəcək.

Əməkhaqqı artımlarının neçə faiz olacağına gəlincə, deputat bildirib ki, Vahid Tarif Cədvəli üzrə maaşlar 19 dərəcə əsasında müəyyənləşdirilir. Dövlət qulluqçusu statusu olmayan və bu sahələrdə çalışan vətəndaşların əməkhaqları dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda Vahid Tarif Cədvəli üzrə aylıq tarif maaşları 400-1150 manat arasında dəyişir. 

Deputatın sözlərinə görə, minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə maaş artımına səbəb olacaq.

Dövlət sektorunda çalışanların maaşları ARTACAQ – VİDEO
Skat.az - Ev və Avtomobil elanları