SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Sosial sığorta daxilolmaları 8%-dən çox artıb

Sosial sığorta daxilolmaları 8%-dən çox artıb

  • 11 noyabr 2026, 19:39

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta daxilolmaları 5 672,8 milyon manat təşkil edib.

Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.

Sosial sığorta daxilolmaları proqnozu 105,5% icra edilib.

10 ayda sosial sığorta haqlarının 3 838,5 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 9,6% çoxdur.

Skat.az - Ev və Avtomobil elanları