“Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyindən ayrılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, 1 saylı Bakı DOST Mərkəzinin direktoru vəzifəsindəki fəaliyyətini başa vurub.
R.Mirzəliyev 2022-ci ilin dekabrından 2026-cı ilin sentyabrınadək DOST mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2021-ci ilin sentyabrından 2022-ci ilin dekabrınadək agentliyin İdarə Heyəti sədrinin müşaviri, 2019-cu ilin aprelindən 2021-ci ilin sentyabrınadək isə şöbə müdiri olub.
Ruslan Mirzəliyev 2020-ci ilin avqustundan 2021-ci ilin sentyabrınadək Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini vəzifəsini tutub.
Qeyd edək ki, R.Mirzəliyev 2021-ci ildə başlayan ilk "Yüksəliş" müsabiqəsinin qalibidir.
Ruslan Mirzəliyev