Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta daxilolmaları 5 059,7 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,55% çoxdur.
Sosial sığorta daxilolmaları proqnozu 105,6% icra edilib.
9 ayda sosial sığorta haqlarının 3 401,6 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 9,3% çoxdur.