Bakı şəhərində 4, həmçinin Sabirabad şəhərində 1 məktəbdə qadağan olunmuş malların satıldığı üzə çıxıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, ötən ay 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.
Bildirilib ki, yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb.
"Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb", - məlumatda qeyd olunub.
Yararlılıq müddəti bitmiş məhsullar aşkarlanan məktəblər | ||
1 | Astara rayon Məhərrəm Abıyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbi | Astara rayonu, Vaqo kəndi |
2 | Astara şəhər Fərman Əliyarov adına 6 nömrəli məktəb | Astara şəhəri, S.Vurğun küçəsi |
3 | Astara rayon Z.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb | Astara rayonu, Pensər kəndi |
4 | Astara rayon Ərçivan qəsəbə Natiq Kərimov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi | Astara rayonu, Ərçivan qəsəbəsi |
5 | Astara rayon A.İbrahimov adına Şüvi kənd tam orta məktəb | Astara rayonu, Şüvi kəndi |
6 | Cəlilabad şəhər 3 nömrəli tam orta məktəb | Cəlilabad şəhəri, C.Cahangirov küçəsi |
7 | Cəlilabad rayon Ş.Sultanov adına Qarazəncir kənd tam orta ümumtəhsil məktəbi | Cəlilabad rayonu, Qarazəncir kəndi |
8 | Gəncə şəhər 28 nömrəli tam orta məktəb | Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, döngə 1 |
9 | Göygöl rayon Coşqun Verdiyev adına Aşıqlı kənd tam orta məktəb | Göygöl rayonu, Aşıqlı kəndi |
10 | İlqar Mahmudov adına Liman şəhər 1 nömrəli tam orta məktəb | Lənkəran rayonu, Liman şəhəri |
11 | Lənkəran rayon Nərimanabad qəsəbə 1 nömrəli tam orta məktəb | Lənkəran rayonu, Nərimanabad qəsəbəsi |
12 | Xarxatan kənd tam orta məktəb | Lənkəran rayonu, Xarxatan kəndi |
13 | Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb | Mingəçevir şəhəri, Y.Mansurov küçəsi, ev 3 |
14 | Masallı rayon İ.Nağıyev adına 2 nömrəli tam orta məktəb | Masallı rayonu, Boradigah qəsəbəsi |
15 | Təzə Alvadı kənd Elşad Əhədov adına 1 nömrəli tam orta məktəb | Masallı rayonu, Təzə Alvadı kəndi |
16 | Masallı şəhər 2 nömrəli tam orta məktəb | Masallı şəhəri, Qurtuluş küçəsi |
17 | Masallı rayon S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəb | Masallı rayonu, Böyük Kolatan kəndi |
18 | Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli tam orta məktəb | Salyan şəhəri, Ə.Hüseynov küçəsi 2 |
19 | Şabran rayon Roman Yusifov adına 2 nömrəli texniki təmayüllü məktəb-lisey | Şabran şəhəri, T.Abbasov küçəsi 1 |
20 | Siyəzən şəhər M.Müşviq adına 2 nömrəli tam orta məktəb | Siyəzən şəhəri, T.İsmayılov küçəsi |
21 | Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəb | Siyəzən şəhəri, Babək küçəsi 46A |
22 | Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəb | Zaqatala şəhəri, Vidadi küçəsi 26 |
23 | Zaqatala şəhər N.Hüseynov adına 2 nömrəli tam orta məktəb | Zaqatala şəhəri, H.Əliyev prospekti |
Qadağan edilmiş məhsullar aşkarlanan məktəblər | ||
1 | 322 nömrəli tam orta ümumtəhsil məktəbi (Aşkar edilmiş məhsul: kremli tort) | Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq, keçid 1349 |
2 | 214 nömrəli tam orta ümumtəhsil məktəbi (Aşkar edilmiş məhsul: kremli tort) | Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 18 |
3 | 240 nömrəli məktəb (Aşkar edilmiş məhsul: kremli tort ) | Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi 20 |
4 | 182 nömrəli tam orta ümumtəhsil məktəbi (Aşkar edilmiş məhsul: qızardılmış kartof fri) | Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsi 84 |
5 | Sabirabad şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəb (Aşkar edilmiş məhsul: qızardılmış pirojki) | Sabirabad şəhəri, H.Əliyev prospekti 158 |