Şəki, Sabirabad və Masallıda üç məktəbin rəhbərliyində yeni təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, təyinatlar təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini əhatə edir.
Şəki rayonu Kiçik Dəhnə kənd 1 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Yusifzadə İlqar İlham oğlu təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunub.
İlqar YusifzadəSevda Əliyeva Məhəmməd qızı Sabirabad rayonu Həşimxanlı kənd tam orta ümumtəhsil məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Sevda ƏliyevaƏmənullayeva Günay Bağış qızı Masallı rayon Qəriblər kənd tam orta ümumtəhsil məktəbinin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Günay Əmənullayeva