SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yeni təyinat

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yeni təyinat

  • 14 noyabr 2026, 14:57

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Natiq Əliyev Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Poçt rabitəsi və uçot” şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl, 2024-cü ilin sentyabrından 2026-cı ilin sentyabrınadək təhsil müəssisəsinin inzibati şöbəsinin müdiri olub.

Natiq Əliyev 2010-cu ilin dekabrından 2023-cü ilin iyulunadək “Azərpoçt” MMC-də filial müdiri vəzifəsində çalışıb. O, 2010-cu ilin avqustundan dekabr ayınadək isə qurumda əməliyyatlar üzrə mütəxəssis olub.

Bununla yanaşı, N.Əliyev 2014-cü ilin sentyabrından 2023-cü ilin iyununadək Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində əvəzçilik əsasında müəllim, 2018-ci ilin mayından 2021-ci ilin iyununadək isə dövlət attestasiyası komissiyasının sədri vəzifələrini icra edib.

Qeyd edək ki, Natiq Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq iqtisadiyyat ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Natiq ƏliyevNatiq Əliyev

Skat.az - Ev və Avtomobil elanları