2027-ci ildə “Qarabağ Universiteti”nin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 2026-cı illə müqayisədə 30,8% çox - 51 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Yurd.Media xəbər verir ki, bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Həmin vəsaitlə Universitetdə 9 istiqamət və 49 ixtisas (o cümlədən, tibb – 250 nəfər) üzrə 3500-ə qədər, 2026/2027-cı tədris ilindən etibarən isə 5 000-ə qədər tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.