SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Təhsildə Keyfiyyət Təminatı Agentliyində maraqlar toqquşa bilər

Təhsildə Keyfiyyət Təminatı Agentliyində maraqlar toqquşa bilər

  • 23 oktyabr 2026, 17:54

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi akkreditasiya prosesində maraqların toqquşması riskləri yaradıb.

Yurd.Media xəbər verir ki, bunu Hesablama Palatası Agentlikdə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirlərindən sonra bəyan edib.

“Müstəqillik üzrə yerli və beynəlxalq standartlarla uyğunsuzluq TKTA-nın beynəlxalq akkreditasiya imkanlarını məhdudlaşdırıb, strateji planlaşdırma, fəaliyyət hədəflərinin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərində çatışmazlıqlar olub”, - deyə məlumatda qeyd olunub.

Skat.az - Ev və Avtomobil elanları