SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Neft Fondu təhsillə bağlı dövlət proqramlarına xərcləmələri kəskin azaltdı

Neft Fondu təhsillə bağlı dövlət proqramlarına xərcləmələri kəskin azaltdı

  • 20 oktyabr 2026, 15:23

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) təhsillə bağlı dövlət proqramlarına 25,5 milyon manat vəsait yönəldib.

Bu barədə Yurd.Media-ya Fonddan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7% azdır.

O, cümlədən ARDNF-in “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na ayırmaları 2,3 dəfə azalaraq 3,6 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na ayırmaları isə 16,1% azalaraq 21,9 milyon manat olub.

Skat.az - Ev və Avtomobil elanları