SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Naxçıvanda seçilmiş müəllimlər üçün xüsusi kurs başlayır

Naxçıvanda seçilmiş müəllimlər üçün xüsusi kurs başlayır

  • 25 noyabr 2026, 17:13
Naxçıvan

Naxçıvanda seçilmiş müəllimlər üçün xüsusi kurslara start verilir.

Yurd Media xəbər verir ki, Milli Süni İntellekt Mərkəzinin nəzdində fəaliyyət göstərən “AI Academy” ilk regional proqramını Naxçıvanda həyata keçirəcək.

Proqram Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Hazırlıq mərhələsində akademiya universitetin seçilmiş müəllimləri üçün təlimlər keçirir.

Proqram regionda süni intellekt üzrə bilik və bacarıqları inkişaf etdirməyi, yerli istedadlar üçün yeni təhsil imkanları yaratmağı hədəfləyir.

Naxçıvanda tətbiq ediləcək modelin gələcəkdə Azərbaycanın digər bölgələrində də tətbiqi nəzərdə tutulur.

Skat.az - Ev və Avtomobil elanları