SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“AzerGold”un keçmiş əməkdaşının rəhbərlik etdiyi şirkətin borcu 200 min manata çatır

“AzerGold”un keçmiş əməkdaşının rəhbərlik etdiyi şirkətin borcu 200 min manata çatır

  • 17 noyabr 2026, 18:14

“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, təhsil mərkəzinin vergi borcu bu ayın əvvəlindən bəri daha 20 min manat artaraq 194 min manata çatıb.

Qeyd edək ki, 2019-cu ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 100 manatdır. Müəssisənin direktoru İbrahim Zeynallıdır.

Təhsil mərkəzi əsasən sənaye təhlükəsizliyi, əməyin mühafizəsi, dənizçilik və digər peşə hazırlığı istiqamətlərində təlimlər təşkil edir.

İbrahim Zeynallı 2024-cü ilin oktyabrında müəssisənin baş direktoru təyin olunub. O, 2019–2024-cü illərdə “AzerGold” QSC-də müxtəlif vəzifələrdə çalışıb, son olaraq layihə meneceri olub.

Skat.az - Ev və Avtomobil elanları