Azərbaycan İdman Akademiyasında yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Təbriz Rzayev Azərbaycan İdman Akademiyasının prorektorunun köməkçi vəzifəsinə təyin olunub.
O, eyni zamanda Regional İnkişaf İctimai Birliyindəki fəaliyyətini davam etdirir.
Qeyd edək ki, T.Rzayev 2023-cü ilin aprelindən Regional İnkişaf İctimai Birliyində layihə meneceri və beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə məsul şəxs, 2019-cu ilin martından 2023-cü ilin aprelinədək isə innovasiya və rəqəmsallaşma layihələrinin meneceri olub.
Təbriz Rzayev bundan əvvəl COP29 Azərbaycan üzrə Təşkilat Komitəsində nəqliyyat meneceri və baş nəqliyyat meneceri vəzifələrində çalışıb. O, 2015-ci ilin martından 2023-cü ilin mayınadək “Eventorg.az” Beynəlxalq Mübadilə Platformasının təsisçisi olub.
Həmçinin 2016–2017-ci illərdə Gəncə Avropa Gənclər Paytaxtı 2016 Əməliyyat Şirkətində layihə meneceri, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında tamaşaçılara xidmət üzrə koordinator, 2016-cı ildə “Agro Dairy” MMC-də baş nəzarətçi vəzifələrində işləyib.
Təbriz Rzayev 2015-ci ildə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində də tamaşaçılara xidmət üzrə koordinator kimi fəaliyyət göstərib.
Təbriz Rzayev