Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təhsil şirkətində yüksək vəzifəyə təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Aynur Əbilova "STEP IT Academy Azerbaijan" şirkətində İnsan Resursları üzrə Direktor müavini vəzifəsinə təyin olunub.
O, yeni vəzifəsində HR strategiyası, istedadların idarə edilməsi və insan resurslarının inkişafı istiqamətlərində fəaliyyət göstərəcək.
Qeyd edək ki, A.Əbilova bundan əvvəl 2016-cı ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (ASCO) İnsan Resursları şöbəsində işləyib.
Qeyd edək ki, "STEP IT Academy" İT təhsili sahəsində ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.
Akademiya 1999-cu ildə təsis edilib və dünyanın 20 ölkəsində 70 filialı ilə fəaliyyət göstərir.