Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova Kompüter elmləri mühəndisliyi kafedrasının müdiri təyin edilib.
ADNSU-da “Tətbiqi riyaziyyat” və “Riyazi modelləşdirmə” ixtisasları üzrə təhsil almış Nigar İsmayılova təxminən 16 illik akademik və elmi-tədqiqat təcrübəsinə malikdir.
O, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri, ADNSU-da baş müəllim və dosent, həmçinin universitetin Yüksək Məhsuldarlıqlı Hesablamalar (HPC) Mərkəzində elmi və təşkilati fəaliyyətlərə cavabdeh rəhbər şəxs kimi çalışıb.
2016-cı ildə “İlin gənci” mükafatına layiq görülən Nigar İsmayılova “Erasmus” və “Horizon 2020” proqramlarında iştirak edib.
Nigar İsmayılova