SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Elm və Təhsil Nazirliyinin SABAH.city layihəsinin rəhbərliyində YENİ TƏYİNAT

Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT

  • 19 oktyabr 2026, 16:07

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyində yeni təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvvafiq əmrlə Nurcan Baxşıyeva Baş İcraçı Direktorun müavini vəzifəsinə təyin edilib.

O, yeni vəzifəsində PR və Marketinq, eləcə də İcma və Tədbirlər istiqamətlərinə rəhbərlik edəcək. Fəaliyyəti strateji kommunikasiyalar, səmərəli tərəfdaşlıqlar və güclü, fəal bir icmanın formalaşdırılmasına yönəlib.

Nurcan Baxşıyeva innovasiya və startap ekosistemində tanınan kommunikasiya mütəxəssisidir. O, bu təyinatdan əvvəl Azərbaycanda startapların və innovasiyaların inkişafına dəstək verən "SABAH.HUB" İnnovasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr (PR) və kommunikasiya üzrə meneceri (PR rəhbəri) vəzifəsində çalışıb.

Nurcan BaxşıyevaNurcan Baxşıyeva

Skat.az - Ev və Avtomobil elanları