SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
ABŞ-ın nüfuzlu universitetində təyinat aldı

ABŞ-ın nüfuzlu universitetində təyinat aldı

  • 22 noyabr 2026, 16:46

ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Yel Universitetində azərbaycanlıya vəzifə verilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Həmid Həşimzadə universitetin İqtisadiyyat Departamentində Elmi-tədqiqat köməkçisi vəzifəsində fəaliyyətə başlayıb.

O, burada ABŞ qanunvericiliyinin əmək bazarında ayrı-seçkilik və bərabərsizlik səviyyəsinə təsirini ekonometrik metodlar və empirik tədqiqatlar vasitəsilə araşdırır. Onun fəaliyyəti dövlət siyasətindəki dəyişikliklərin məşğulluq nəticələrinə və müxtəlif qruplar arasında bərabərsizliklərə təsirinin qiymətləndirilməsini əhatə edir.

O, bundan əvvəl 2025-ci ilin yanvarından 2026-cı ilin iyulunadək “Boston Consulting Group”da (BCG) karyera səfiri (Career Ambassador) kimi fəaliyyət göstərib. Bu müddətdə Bakı Ali Neft Məktəbində şirkətlə tələbələr arasında əlaqələndirici rolunu oynayıb, konsaltinq sahəsində karyera imkanlarının təşviqi, məlumatlandırma görüşləri, praktiki seminarlar və şəbəkələşmə tədbirlərinin təşkilində iştirak edib.

Həmid Həşimzadə 2025-ci ilin dekabrından 2026-cı ilin aprelinədək “Caspian Capital Holding”də kiçik biznesin inkişafı üzrə layihə meneceri, 2025-ci ilin noyabr-dekabr aylarında isə maliyyə layihələri üzrə təcrübəçi vəzifələrində çalışıb.

Bundan əlavə, o, 2025-ci ilin iyununda “Veysəloğlu” Şirkətlər Qrupunda maliyyə üzrə təcrübəçi, 2024-cü ilin dekabrından 2025-ci ilin yanvarınadək “BERC&Partners” şirkətində konsaltinq üzrə təcrübəçi, 2023-cü ilin iyun-avqust aylarında isə “Unibank”da mühasibatlıq üzrə təcrübəçi olub.

Onun əvvəlki fəaliyyətinə 2023-cü ilin yanvar-iyun aylarında “AIESEC in Azerbaijan” təşkilatında daxil olan layihələr üzrə komanda rəhbəri, 2022-ci ilin oktyabrından 2023-cü ilin fevralınadək insan resursları üzrə işə qəbul mütəxəssisi, 2022-ci ilin avqustundan 2023-cü ilin fevralınadək daxil olan layihələr üzrə menecer və 2022-ci ilin martından 2023-cü ilin iyun ayınadək “Savadly”də ingilis dili müəllimi kimi çalışması da daxildir.          

Qeyd edək ki, Həmid Həşimzadə 2021-ci ildə 682 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub və Prezident təqaüdçüsü adına layiq görülüb. Təhsil müddətində yüksək akademik göstəricilərinə görə hər semestr “Qızıl 10-luq” siyahısında yer alıb.

Həmid HəşimzadəHəmid Həşimzadə

Skat.az - Ev və Avtomobil elanları