Elm və Təhsil Nazirliyinin milyonlarla manatlıq satınalmalarında qalib olan “Fərid” firmasının dövlətə vergi borcu kəskin artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu bir həftə ərzində 75 fazi artaraq 903 min manata çatıb.
Qeyd edək ki, “Fərid” firmasının nizamnamə kapitalı 100 manatdır. Şirkətin direktoru Qubad İbrahimovdur.
Firma 2024–2025-ci illərdə Elm və Təhsil Nazirliyinin keçirdiyi 8 tenderdə qalib olaraq 50 milyon manatdan artıq sifariş alıb.
Bu müqavilələr əsasən məktəbəqədər təhsil müəssisələrinin təmiri, abadlaşdırılması və kommunal-kommunikasiya işlərini əhatə edib.
2026-cı ilin oktyabrında isə nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Fərid” firması ilə ümumi dəyəri 15 milyon 357 min manat olan daha iki müqavilə bağlayıb.
Şirkət 2024-cü ildə də təhsil müəssisələrinin təmiri üzrə 4 milyon 648 min manatlıq dövlət sifarişi alıb.