SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib

Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib

  • 19 noyabr 2026, 10:33

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

İlham Əliyev həmçinin Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, Elçin Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.

Məleykə Abbasadə isə 2024-cü ildən DİM İdarə Heyətinin sədri vəzifəsini icra edirdi. O, 2016-2024-ci illərdə DİM Direktorlar Şurasının, 2000-2016-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri olub.

Skat.az - Ev və Avtomobil elanları