SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi

Dövlət İmtahan Mərkəzi

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.

Tarixi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir.

1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir.

Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib.

TQDK-da 4 şöbə fəaliyyət göstərib:

Təşkilat şöbəsi
Sorğu-suallar şöbəsi
Kompüter əməliyyatları şöbəsi
Maliyyə-inzibati şöbə
Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib.

Dövlət İmtahan Mərkəzi (DİM)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.

DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.

Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə idarə heyəti idarə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Fəaliyyət
Qəbul və imtahanlar
Beynəlxalq imtahanlar
DİM ABŞ-nin ETS (Educational Testing Service) — Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatı və "College Board"-un (Ali Təhsilə Qəbul Şurası) dəstəyi ilə kağız daşıyıcılar vasitəsilə SAT imtahanlarını keçirir.

Həmçinin, ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından DİM-in nəzdində fəaliyyətə başlayan kompüterləşdirilmiş imtahan mərkəzi tərəfindən TOEFL iBT Test və 2020-ci ilin yanvarından "GRE:General Test" imtahanlarının keçirilməsinə başlanılıb.

2018-ci ildə DİM "Pearson VUE" təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən akademik ingilis dili ("PTE Academic"), eləcə də müxtəlif ixtisas sahələrinə aid (İT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 100-dən çox imtahanı keçirmək hüququ əldə edib.

2020-ci ildə DİM "LanguageCert International ESOL" beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib. İmtahanlar onlayn və kompüter-əsaslı qaydada təşkil olunur və DİM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur.

2020-ci ildə DİM ACCA təşkilatının rəsmi Test Mərkəzi kimi qeydiyyata alınmışdır.

Dövlət qulluğu
Sədrləri
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası:

Vurğun Əyyub (21 iyul 1992 – 30 iyul 1993)
Kamran İmanov (30 iyul 1993 – 15 yanvar 1995)
Məleykə Abbaszadə (i. e. 15 yanvar 1995 – 17 iyun 1995)
Faiq Nağıyev (17 iyun 1995 – 9 iyun 1996)
Məleykə Abbaszadə (i. e. 9 iyun 1996 – 5 oktyabr 2000)
Məleykə Abbaszadə (5 oktyabr 2000 – 12 aprel 2016)
Dövlət İmtahan Mərkəzi:

Məleykə Abbaszadə (12 aprel 2016 – h. h.)

DİM sədri imtahan proqramlarinda nəzərdə tutulan dəyişiklikləri AÇIQLADI
Təhsil
08.09.2026 21:22
DİM sədri imtahan proqramlarinda nəzərdə tutulan dəyişiklikləri AÇIQLADI
Buraxılış imtahanında iştirak edə bilməyənlər üçün əlavə imtahan baş tutdu
Ölkə
06.09.2026 17:09
Buraxılış imtahanında iştirak edə bilməyənlər üçün əlavə imtahan baş tutdu
Dövlət imtahanına yeni formatda tapşırıqlar salınacaq
Təhsil
04.09.2026 13:35
Dövlət imtahanına yeni formatda tapşırıqlar salınacaq
Universitetə qəbul oldular, 2 000 manat da alacaqlar
Təhsil
02.09.2026 20:22
Universitetə qəbul oldular, 2 000 manat da alacaqlar
30 mindən çox ödənişli tələbə arasında kimlər pul ödəməyəcək?
Təhsil
28.08.2026 22:35
30 mindən çox ödənişli tələbə arasında kimlər pul ödəməyəcək?
Azərbaycanın 31 ali təhsil müəssisəsində II ixtisas qrupu üzrə təhsil haqqı - ARAŞDIRMA
Təhsil
12.08.2026 22:59
Azərbaycanın 31 ali təhsil müəssisəsində II ixtisas qrupu üzrə təhsil haqqı - ARAŞDIRMA
Rezidenturaya elektron formada qəbul imtahanı - FOTO
Təhsil
09.08.2026 20:17
Rezidenturaya elektron formada qəbul imtahanı - FOTO
Magistraturaya maraq azalır? 4 minə yaxın plan yeri boş qaldı - MƏQALƏ
Təhsil
09.08.2026 10:39
Magistraturaya maraq azalır? 4 minə yaxın plan yeri boş qaldı - MƏQALƏ
Abiturientlərin DİQQƏTİNƏ: Seçim gələn həftə aparılacaq
Təhsil
04.08.2026 16:44
Abiturientlərin DİQQƏTİNƏ: Seçim gələn həftə aparılacaq
Sabahdan tələbələr kredit üçün müraciət edə biləcər
Təhsil
02.08.2026 17:15
Sabahdan tələbələr kredit üçün müraciət edə biləcər
Dövlət qulluğuna qəbul üzrə test imtahanı günüdür
Ölkə
02.08.2026 09:49
Dövlət qulluğuna qəbul üzrə test imtahanı günüdür
İmtahandan 16 nəfər xaric olunub - NƏTİCƏLƏR AÇIQLANDI
Təhsil
28.07.2026 21:34
İmtahandan 16 nəfər xaric olunub - NƏTİCƏLƏR AÇIQLANDI
Yüksəliş müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ölkə
25.07.2026 11:53
"Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırıldı
Məzunları işsiz qalan köhnəlmiş ixtisasların aqibəti necə olacaq?
Təhsil
24.07.2026 23:49
Məzunları işsiz qalan köhnəlmiş ixtisasların aqibəti necə olacaq?
DİM bu qəbul imtahanın müddətini 30 dəqiqə artırdı
Təhsil
21.07.2026 16:29
DİM bu qəbul imtahanın müddətini 30 dəqiqə artırdı
Dövlət icra məmuru olmaq istəyənlər üçün daha bir sınaq
Ölkə
12.07.2026 09:44
Dövlət icra məmuru olmaq istəyənlər üçün daha bir sınaq
Abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verir
Təhsil
12.07.2026 09:00
Abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verir
Qəbul imtahanında 11 nəfərdə telefon aşkarlanıb
Təhsil
05.07.2026 15:01
Qəbul imtahanında 11 nəfərdə telefon aşkarlanıb
Ali təhsil müəssisələrinə qəbul imtahanı keçirildi
Təhsil
05.07.2026 14:13
Ali təhsil müəssisələrinə qəbul imtahanı keçirildi
Dövlət qulluğuna imtahan günüdür
Ölkə
05.07.2026 11:59
Dövlət qulluğuna imtahan günüdür
Hakimliyə namizədlər də imtahanı verdi
Ölkə
28.06.2026 21:39
Hakimliyə namizədlər də imtahanı verdi
Qiymətləndirmə üzrə işləmək istəyənlər üçün imtahanı keçirildi
Ölkə
28.06.2026 20:11
Qiymətləndirmə üzrə işləmək istəyənlər üçün imtahanı keçirildi
Diplomatik xidmətə qəbul olmaq istəyənlər imtahan verdi
Ölkə
21.06.2026 21:33
Diplomatik xidmətə qəbul olmaq istəyənlər imtahan verdi
Rezidentura imtahanı 2026: Birinci mərhələ baş tutacaq
Təhsil
21.06.2026 09:51
Rezidentura imtahanı 2026: Birinci mərhələ baş tutacaq
Ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar keçiriləcək
Təhsil
21.06.2026 09:07
Ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar keçiriləcək
Azərbaycanda aşkarlanan saxta diplomların sayı açıqlanıb
Təhsil
20.06.2026 21:39
Azərbaycanda aşkarlanan saxta diplomların sayı açıqlanıb
Bu bölgələrdə oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri var - SİYAHI
Təhsil
20.06.2026 14:16
Bu bölgələrdə oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri var - SİYAHI