SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Dövlət icra məmuru olmaq istəyənlər üçün daha bir sınaq

Dövlət icra məmuru olmaq istəyənlər üçün daha bir sınaq

  • 12 iyul 2026, 09:44

Bu gün dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqədə qeydiyyatdan keçmiş namizədlərlə test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yurd.Media-ya bildirilib ki, imtahan Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq.

Namizədlərə dövlət icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, ünsiyyət bacarıqlarını və dünyagörüşünü müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları