SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Mütəxəssisdən məktəblilərin qida rasionu TÖVSİYƏLƏRİ

Mütəxəssisdən məktəblilərin qida rasionu TÖVSİYƏLƏRİ

  • 04 noyabr 2026, 08:29

Bir müddətdir ki, məktəblər və ali təhsil müəssisələri fəaliyyətə başlayıb. Aparılan müşahidələr onu göstərir ki, xüsusilə məktəb yaşlı uşaqlar daha çox kofeşoplarda, restoranlarda vaxt keçirir, hazır yeməklər qəbul edirlər. Bəzi valideynlərin övladlarının qidalanmasına lazımi nəzarəti həyata keçirmədiklərini söyləsək, səhv etmərik.

Məktəblilərin qeyri-sağlam qida qəbulu hansı problemlərə gətirib çıxara bilər və onlar əslində necə qidalanmalıdırlar?

Yurd.Media xəbər verir ki, qida məsələləri üzrə ekspertlər bildirir ki, məktəblilərin gündəlik qida rasionunda kəpəkli çörək, müxtəlif yarmalar, lifli qidalar və faydalı karbohidratlar yer almalıdır:

"Uşaqlar gün ərzində heç olmasa, mövsümi meyvələrdən minimum 200-300 qram qəbul etməlidirlər. Rəngli, qazlı içkilərdən isə uzaq durmalıdırlar. Çünki asitli içkilər mədə-bağırsaq sistemində birbaşa onikibarmaq bağırsaq xorası və digər problemlər yaradır. Həmin içkilər boş karbohidratlarla və şəkərlə zəngin olduğundan burada mineral və ya vitamin tərkibindən danışmaq mümkün deyil. Bu da orqanizm tərəfindən mənimsənilmir. Bundan başqa, tərkibində fosfor turşusu da istifadə edilir ki, bu da uşaqlarda sümük inkişafının ləngiməsinə gətirib çıxarır. Gələcəkdə şəkərli diabetdən qorunmaq üçün də uşaqlar rəngli, qazlı içkilərdən imtina etməlidirlər. Eyni zamanda, məktəblilərin qida rasionunda kartof, kök püresi, brokoli, gül kələmi kimi qarnirli yeməklər üstünlük təşkil etməlidir".

Mütəxəssislər vurğulayır ki, məktəblilərin qida rasionunda ət, balıq, toyuq əti kimi zülallı məhsullar da mütləq olmalıdır:

"Adını çəkdiyim məhsullar riskli qidalar kateqoriyasına aid olduğundan onların saxlanma şəraiti düzgün təmin edilməlidir. Rəngli içkilər, qeyri-sağlam qidalar, çips kimi atıştırmalıqlar məktəblilərdə mədə-bağırsaq pozğunluqlarına, piylənmə problemlərinə, insulin müqavimətinə yol aça, beyindəki oreksin maddəsinin səviyyəsini azalda bilər. Bu da uşaqlarda tənbəllik yarada, onların dərslərdən uzaqlaşmasına, düşünmə qabiliyyətlərinin zəifləməsinə səbəb ola bilər. Uşaqların xüsusilə bu tip qidalardan, boş karbohidratlardan, fastfud yeməklərindən uzaq durmaları məsləhət görülür".

Skat.az - Ev və Avtomobil elanları