Dövlət Vergi Xidmətində "Nərimanov Ağ Evlər Xidmət" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, yeni yaradılan şirkətin hüquqi ünvanı paytaxtın Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Rəsulzadə qəsəbəsi, ev.3E.-də yerləşir.
10 manat nizamnamə kapitalı ilə yaradılan şirkətin qanuni təmsilçisi Hətəmov Yenibar Oruc oğludur.
Qeyd edək ki, Hətəmov Yenibar Oruc oğlu uzun müddət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib. O, ehtiyatda olan polkovnik-leytenantdır. 2019-cu ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xəzər rayonunda yerləşən Şağan Reabilitasiya mərkəzin direktor müavini vəzifəsində işləyib.
Hətəmov Yenibar Oruc oğlu