Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində ümumi sahəsi 200 kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.