SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
“Unibank” Daşkəsəndəki müştəriləri ilə MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ

“Unibank” Daşkəsəndəki müştəriləri ilə MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ

  • 24 dekabr 2025, 16:02
Daşkəsan

“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti daha üç müştərisinə qarşı məhkəmə iddiası qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank tərəfindən Daşkəsən Rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsindən görünür ki, bank müştərilərindən birindən 1400 manat əsas borc, 222 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 1642 manat borc tələb edib.

Bank eyni rayondan olan digər müştərisindən 1500 manat əsas borc, 154 manat faiz, 19 manat cərimə olmaqla, cəmi 1673 manat borcun ödənilməsini istəyib.

Daşkəsən Rayon Məhkəməsi hər iki iddianı tam təmin olunması barədə qətnamə çıxarıb.

Sözügedən məhkəmə bankın üçüncü müştərisinə qarşı iddiasını isə qismən təmin edib. İddia sənədlərindən məlum  olur ki, bank 432.35 manat əsas borc, 60.43 manat faiz, 11.40 manat cərimə borcu olmaqla, cəmi 504.18 manat borcun kredit götürən şəxsdən tutulmasını istəsə də məhkəmə 489.58 manat, dövlət rüsumu olaraq isə ödənilmiş 30 manat tutularaq “Unibank”a ödənilməsi barədə qətnamə çıxarıb.

Qeyd edək ki, bundan əvvəldə “Unibank” ASC-nin bir neçə müştərisinə qarşı mülki qaydada məhkəmə iddiası qaldırması barədə xəbər vermişdik.

Qeyd edək ki, 2025-ci ilin 9 ayının nəticələrinə görə "Unibank"ın vaxtı keçmiş kreditlərinin həcmi 42,3 milyon manat təşkil edib. Bank bu göstəriciyə görə ölkə bankları arasında ilk onluqdadır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları