“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bir neçə müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank tərəfindən Nizami Rayon Məhkəməsində iddia qaldırılaraq 2944 manat əsas borc, 283,07 manat faiz borcu, 63,08 manat cərimə borcu olmaqla, cəmi 3290,15 manat borc və 52,91 manat dövlət rüsumunun ödənilməsi cavabdehdən tələb olunub.
Bundan başqa, bank tərəfindən digər müştərisindən 2825,36 manat əsas borc, 285,65 manat faiz borcu, 36,02 manat cərimə borcu olmaqla, cəmi 3147.03 manat borc və 51.48 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılması istənilib.
Bankın daha bir iddia əsasında isə növbəti müştərisindən 565,01 manat əsas borc, 69,51 manat faiz borcu, 15,87 manat cərimə borcu olmaqla, cəmi 650,39 manat borcun tutulması barədə qətnamə çıxarılması tələb edilib.
Hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə bankın xeyrinə qətnamə çıxarılıb. Tələb olunan məbləğ cavabdehlərdən tutularaq banka ödənilməsi müəyyən edilib.
Qeyd edək ki, 2025-ci ilin 9 ayının nəticələrinə görə "Unibank"ın vaxtı keçmiş kreditlərinin həcmi 42,3 milyon manat təşkil edib. Bank bu göstəriciyə görə ölkə bankları arasında ilk onluqdadır.