Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirən şəxslər 3 il müddətinə vergidən azad edilir.
Yurd.Media xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, fiziki şəxslərin (fərdi sahibkarların) həmin fəaliyyətdən əldə etdiyi gəlirlərinin 50 %-i – 2027-ci il yanvarın 1-dən 3 il müddətində, hüquqi şəxslərin isə həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 %-i – 2027-ci il yanvarın 1-dən 3 il müddətində vergidən azaddır.