Yevlaxda ağır avtoqəza nəticəsində ölən digər şəxsin də kimliyi məlum olub.
Yurd.Media-nın məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişən digər şəxs - Qazax rayon sakini, 1955-ci il təvəllüdlü Altay Osmanovdur.
Xatırladaq ki, "Vito" markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
*** 00:15
Bakı-Qazax magistral yolunda mikroavtobus yük maşınına çırpılıb.
Yurd.Media-nın məlumatına görə, Yevlax rayon ərazisində baş verən qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib.
Daha bir nəfər - Şəmkir rayon sakini, 1978-ci il təvəllüdlü Qasımov İsmət Haşim oğlu xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.