SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Qubada kanala düşən gənc tapılmır - Suyun dayandırılması tələb olunur

Qubada kanala düşən gənc tapılmır - Suyun dayandırılması tələb olunur

  • 23 noyabr 2026, 12:24
Quba

Quba rayonunun Mirzəməmməd kəndində su kanalına düşən 28 yaşlı gəncin axtarışları davam edir. Yaxınları onun tapılması üçün kanalda suyun axınının dayandırılmasını tələb edirlər.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, hadisə noyabrın 22-də saat 15:00 radələrində baş verib. Alpan kəndindən olan 1998-ci il təvəllüdlü Muradov Xəyal Hidayət oğlu idarə etdiyi “KamAZ”la daş karxanasından qayıdarkən su kanalının yaxınlığında dayanıb.

Ehtimala görə, avtomobilin mühərriki qızdığı üçün kanaldan su götürmək istəyən X.Muradovun ayağı sürüşüb və o, suya düşüb.

Yaxınları bildirirlər ki, gəncin tapılması üçün kanalda suyun axını dayandırılmalıdır. Onlar aidiyyəti su təsərrüfatı qurumlarından bununla bağlı təcili tədbir görülməsini istəyirlər. Qeyd edək ki, həmin suvarma kanalı Quba rayonu ərazisindən keçərək Samur-Abşeron kanalına birləşir.

Qeyd edək ki, X.Muradovun atası Hidayət Muradov üç ay əvvəl vəfat edib. O, atasından qalan “KamAZ” avtomobili ilə işləyirmiş.

Skat.az - Ev və Avtomobil elanları