Astarada qəza səbəbindən qaz xətti zədələnib, 5 kənddə qazın verilişi dayandırılıb
Yurd.Media-nın məlumatına görə yol-nəqliyyat hadisəsi nəticəsində Ərçivan qəsəbəsindən keçən qaz xətti zədələnib.
Nəticədə rayonun 5 kəndinin - Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Qeyd edək ki, "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq qaz xəttinə çırpılıb. Nəticədə qaz verilişi xətti zədələnib. Hadisə yerinə qaz qəza xidməti əməkdaşları cəlb edilib. Hazırda təmir-bərpa işləri aparılır.