Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.
Yurd.Media-nın məlumatına görə, hadisə magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ" markalı avtomobil yolu qarşıya keçmək istəyən piyadanı vurub.
O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Zərərçəkənin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.