Yevlaxda məktəbdə tüstülənmə baş verib.
Yurd.Media-nın bölgə müxbirinin məlumatına görə, hadisə Yevlax rayon Vasif Mövsümov adına Gülövşə kənd Tam Orta Ümumtəhsil Məktəbində qeydə alınıb.
Pelet sobasının tıxanması səbəbindən tüstülənmə olub. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.
Mərkəzi-Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.
Tüstülənmə nəticəsində direktor, katib-makinaçı, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib.
Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.