Gəncədə "BakuBus"a məxsus avtobus piyadanı vurub .
Yurd.Media-nın məlumatına görə, şəhərin Heydər Əliyev prospektində "BakuBus"-a məxsus sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü S.İmanovanı vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.